REKLAM

Sağlam həzm sistemi üçün 4 əsas vitamin - Nələrdə var?


 Həzm sisteminizin düzgün işləməsi üçün vitaminlərə ehtiyacı vardır. Hansı vitaminlərin daha yaxşı olduğunu və nələrdə olduğunu bilmək lazımdır.  

news
REKLAM

TurpKimi.com xəbər verir ki, A, B, C və D vitaminləri həzm sağlamlığını qorumaqda mühüm rol oynayır. Çox vaxt həzm sisteminin ehtiyac duyduğu qidaları yeyərək tamamlaya bilərik. Ancaq bəzi xəstəlikləri olan adamlar möhkəmləndirici kimi vitaminlərdən istifadə etməlidirlər.  Buna görə də bədənin düzgün işləməsi üçün vitaminlərə ehtiyacı var və həzm də əsas sistemdir. 

A vitamini

 Sümük və çoxalma orqanlarının sağlamlığını inkişaf etdirməklə yanaşı, immunitet sistemini gücləndirməkdə mühüm rol oynayır.

 A vitamini: Şirin kartof, yerkökü, kələm və digər tünd tərəvəzlərdə çox olur.

B vitamini

Qan hüceyrələrini yaratmağa və yediyimiz ərzaqdan enerji almağa kömək edir. 
 
 B vitamini: Balıq, ev heyvanları, ət və süd məhsulları, tərəvəzlərdə olur.
 
 Həzm sistemi üçün lazım olan B vitaminləri
 
 B1: Tiamin kimi tanınan B1 istehlak etdiyiniz karbohidratlı  qidaları enerjiyə çevirir və iştahı nizamlayır. 
 
 B3: Niasin kimi tanınır. Karbohidrat, yağ və spirtin parçalanmasını kömək edir. Bu, həzm sisteminin funksiyası üçün əhəmiyyətlidir. B3 vitamin çatışmazlığı şiddətli qusma və ishala səbəb olur.
 
 B6: Piridoksin kimi də tanınan B6 yediyiniz zülalı parçalamağa yardımçı olur. 
 
 B12: Kobalamin kimi tanınır. Qan hüceyrələrinin istehsalı və bədənin fol turşusu və karbohidrat istehsalında mühüm  rol oynayır. B12 çatışmazlığı qan azlığına səbəb ola bilər.
 
 QEYD: Vitaminləri istifadə etməyə başlamazdan əvvə həkiminizlə məsləhətləşin. 
 
 D vitamini

D vitamini sinirləri, əzələləri və immunitet sisteminin necə işlədiyini göstərir. D vitamininin çox olması kolon xərçəngi riskini azaldır.
 
 D vitamini: Günəş, yumurta sarısı, duzlu su balığı, qara ciyər,  süd və taxıllarda var.
 
 D vitamini çatışmazlığı çox olan şəxslər: Yaşlılar, əmizdirən analar, tünd dəriyə sahib olanlar, qaraciyər xəstəliyi və ya kista fibrozu olan adamlar, obez adamlar və gastrik bypass əməliyyatı keçirənlər
 
 Not: Günəş işığından və yeməklərdən kifayət qədər D vitamini ala bilmirsinizsə, həkiminizlə məsləhətləşin. Bir çox kalsium möhkəmlətməsində həmçinin D vitamini də var.
 
 C vitamini

Antioksidant olduğundan bir çox insan C vitaminini immun sistemi ilə əlaqələndirir və soyuqdəymənin qarşısını alır. Bu vitamin diş və diş əti sağlamlığını qoruyur. Orqanizmin dəmiri mənimsəməsinə kömək edir. 
 
 C vitamini: C vitamini gündəlik multivitaminlərdə və sərbəst şəkildə  olur. Bundan başqa taxıl, meyvələr, pomidor, bibər, brokkolidə var.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

 

REKLAM