REKLAM

Necə olur ki, böyrəklərdə daş yaranır? - Qorunma yolları


Çox kiçik nüanslara diqqət edilsə, böyrəklərdə problem yaşanmaz.

news
REKLAM

Böyrək daşı qadınlarla müqayisədə kişilərdə daha çox rast gəlinir. Sidikdə olan sidik turşusu və kalsium kimi maddələr sidik yolu ilə xaric edilmədikdə kristallaşır və bir müddətdən sonra birləşərək böyrək daşları əmələ gətirir.

Bundan başqa, gün ərzində kifayət qədər su içməmək, coğrafi problemlər, genetik faktorlar, yaş, cinsiyyət, az hərəkət və ya hərəkətsizlik, sağlam qidalanmamaq kimi səbəblər də böyrək daşlarının yaranmasında rol oynayır.

Böyrək daşları sidik kisənizdə mayedən çox kristal yaradan maddələr, yəni kalsium, oksalat və sidik turşusu olduqda yaranır. Bununla yanaşı, sidiyinizdə kristalların bir-birinə yapışmasının qarşısını alan maddələr yoxdursa, böyrək daşlarının yaranması üçün ideal mühit formalaşır.

Böyrək daşının növləri - Kalsium daşları

Böyrək daşlarının əksəriyyəti kalsium oksalat şəklində olan kalsium daşlarıdı. Oksalat qidalarda olan və qara ciyər tərəfindən gündəlik olaraq istehsal edilən təbii maddədi. Bəzi meyvə və tərəvəzlər, həmçinin fındıq və şokolad da yüksək oksalat tərkibinə malikdir. Qidalanma, yüksək miqdarda D vitamininin qəbulu, bağırsaq əməliyyatları və müxtəlif metabolik pozulmalar sidikdə kalsium və oksalatın səviyyəsini artıra bilir.

Struvit daşları

Bu daşlar sidik yolu infeksiyaları kimi hər hansı infeksiyaya yaxalanma zamanı yaranır. Bu daşlar sürətlə böyüyür və bəzən simptomları çox az olur. Ağrı xəbərdarlığı vermədən çox böyük ölçülərə çata bilirlər.

Sidik turşusu daşları

Bu daşlar kifayət qədər su içməyən və ya daha çox su içən, yüksək proteinli qidalarla qidalanan və podaqrası olan insanlarda yaranır. Bəzi genetik faktorlar da rol oynayır.

Sistin daşları

Bu daşlar böyrəklərdə bəzi amin turşuların daha çox ifraz edilməsinə səbəb olan irsi pozulma yaşanan insanlarda yaranır.

BÖYRƏK  DAŞLARINI  YARADAN  BAŞLICA  SƏBƏBLƏR

- Böyrək daşlarının yaranmasında genetik faktor və ətraf mühitin təsiri başlıca rol oynayır.

- Həmçinin qidalanmaq da daşların yaranmasında əhəmiyyətli təsirə malikdir.

- B6 vitamini və maqneziumun az qəbulu

- Anadangəlmə pozulmalar

- Qandakı kalsiumun miqdarını yüksəldən xəstəliklər...

- Uzun müddətli yataq xəsətəliyi və suyun az qəbulu...

- Tərkibində kalsium olan və mədə turşuluğunu aparan dərmanların uzun müddət qəbulu...

QARŞISINI  ALMAQ  ÜÇÜN

Böyrəkdə daşların yaranmasının qarşısını almaq və ya azaltmaq üçün bu qaydalara diqqət etmək lazımdır:

- Gündə ən azı 2-2,5 litr su içilməlidir. Yay aylarında tərlədiyimiz üçün suyun miqdarını bir qədər artırmaqda fayda var.

- Proteinli qidalardan ət, toyuq, qatıq, yumurta kimi məhsullardan çox istifadə edilməməlidir.

- Nizamlı qidalanmaq, tərəvəz və ətli qidaları bərabər miqdarda qəbul etmək daşın yaranmasının qarşısını almaqda müsbət təsir göstərəcək.

- Qəhvə, çay, kola və C vitamininin çoxluğu daşların yaranmasını asanlaşdırır.

Bu şəkildə kiçik, amma vacib nüanslara diqqət edilsə, böyrəklərinizdə daşların yaranmasının qarşısını almış olacaqsınız.

Firuzə Alimova / TurpKimi.com

REKLAM