Əl və ayaqlar niyə şişir? - Oynaqlarda şişkinlik bu xəstəliklərdən xəbər verir


Zamanla əllər və ayaqlarda şişkinlik olur. Bu şişlər adətən oynaq yerlərində nəzərə çarpır. Bəs səbəbləri nələrdir?

el-ve-ayaqlar-niye-sisir
06.01.2022 19:28 2 dəq oxuma

Əldə, barmaqlarda, əl və ayaq biləklərində şişlərin olması nədən xəbər verir, yoxsa var olan bir xəstəliyin simptomudur?

 TurpKimi.com xəbər verir ki, xüsusilə bilək və topuq oynaqları ilə barmaq oynaqları kimi kiçik oynaqlarda baş verən şişlik, ağrı, temperatur kimi şikayətlər  revmatoid artrit adı ilə tanınan iltihablı romatizma  xəstəliyinin mövcudluğunu göstərir.
 
Səhərlər əllərin şişməsi, uyuşması və cimildəməsi bir çox  xəstəliklərdən qaynaqlana bilər.

Boyunda yırtıq: Boyunda yeddi fəqərə vardır. Hər fəqərələr arasında fəqərəarası disk yerləşir. Bu disk amortizator rolu oynayır və boynumuzun fırlanmasını və bükülməsini təmin edir. Bu disk toxumasının yırtılaraq onurğa kanalına doğru yerdəyişməsinə və nəticədə onurğa beyni və sinirlərə təzyiq etməsinə “Boyun disk yırtığı” xəstəliyi deyilir. Yırtıq zamanı ağrılar sadəcə boyunda deyil, təzyiqə məruz qalan sinir boyunca kürək, çiyin , qol, əl bölgələrində də olur. Ağrı əsasən gecə yuxuda artır.

Hipotiroid (zob xəstəliyi) : Hipotiroid tiroid vəzinin daha zəif işləməsi deməkdir və bunun müxtəlif səbəbləri ola bilər. Məsələn, hər hansı bir səbəblə tiroid əməliyyatı olan xəstədə vəzin bir qismi yada bütövlüklə tiroid vəz alınır və nəticədə hipotiroid xəstəliyi yaranır.

Boyun düzləşməsi: Boyun düzləşincə beyinə gedən dörd damardan ikisi (vertebral arteriyalar) geriləyir və beyinə kifayət qədər qan getmir, insanda başağrısı, baş gicəllənməsi,ürək bulanması, unutqanlıq, müalicə edilməzsə, gələcək mərhələlərdə tarazlığın pozulması, müvazinət pozğunluğu, artıq dərəcədə həssaslıq, iqtidarsızlıq yaranır.

Boyun Tutulması Əzələ Spazması: Adətən boynu dəstəkləyən əzələlərin həddindən artıq gərginləşməsi ilə yaranır. Ağır bir şey qaldırmaq, həddən artıq idman, iş fəallığı, səhv oturmaq əzələ spazmasına səbəb ola bilər.
 
 Diabet: Qanda şəkərin daim çox olması  əllərdə uyuşmaya səbəb ola bilər.

Əllərin və Barmaqların Şişməsinin Digər Səbəbləri:
Revmatizma xəstəlikləri,
 Əzələ xəstəlikləri,
 Multipl skleroz,
 Beyin şişləri,
 Beyin damar tıxanması,
 Qol damarlarındakı tıxanıqlıqlar

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Dərc olunub: 05-08-2019