REKLAM

Çatlamış dabanı təbii üsulla necə sağalda bilərik?


Çoxumuz dəri və üz gözəlliyinə ciddi fikir verərkən ayaqları yaddan çıxardırıq. 

news
REKLAM

Gigiyenik problemlər, soyuq hava, dərinin quru olması və s.  kimi səbəblərdən çatlayan dabanları yumşaq etməyin sadə bir yolu var. 

TurpKimi.com daban sağlamlığı üçün  cəmi 3 ləvazimatla hazırlanan təbii qarışığı təqdim edir:


- 3 xörək qaşığı düyü unu

- 1 çay qaşığı bal

- 2-3 damla alma sirkəsi

Hazırlanması:

3 çay qaşığı düyü unu, 1 çay qaşığı bal və 2-3 damla alma sirkəsini qarışdırın. Ayaqlarınızı ilıq suda təxminən 10 dəqiqə isladın və sonra ölü dərini çıxartmaq üçün bu məcunla yüngülcə fırçalayın.  Bu üsulu həftədə 2-3 dəfə təkrarlayın.

Düyü unu dərini təmizləyir. Bal  çatlamış ayaqları yaxşılaşdırmağa köməkçi olan təbii bir antiseptiktir. Sirkə quru və ölü dərini yumşaldıb tökülməsini asanlaşdırır.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

REKLAM