Mətbəxinizi meyvə milçəklərindən necə xilas edə bilərsiniz? - Ən asan üsullar


Yayda ağcaqanadlardan, qışda da meyvə milçəklərinin əlindən bezirik.  

metbexinizi-meyve-milceklerinden-nece-xilas-ede-bilersiniz
15.11.2023 11:40 3 dəq oxuma

Hava soyuq olduğundan meyvələrlə birlikdə evimizə gələn “çağrılmamış qonaqlar” insanın əməlli-başlı əsəb sisteminə toxunur. Amma ev şəraitində əlinizin altında olan vasitələrdən istifadə edərək meyvə milçəklərindən asanlıqla xilas ola bilərsiniz.  

TurpKimi.com evinizin əsəb korlayan “qonaq”ları ilə mübarizə aparmaq üçün bəzi ipucları təqdim edir:

Sadə bir milçəklik hazırlayın. Bunun üçün müxtəlif vasitələrdən istifadə etməyin yolları var. 

İlk olaraq böcəkləri çəkmək və yandırmaq üçün fendən istifadə et.

Otaqdakı böcəkləri havasız buraxaraq boğmaq üçün tüstü yarat. 

Sadə bir tələ  qurmaq üçün çürük meyvə və şəffaf yapışdırıcıdan istifadə et.

Olduqca cazibədar və qaçmağın mümkün olmadığı bir tələ  qurmaq üçün bir  az qırmızı şərabdan istifadə et.

Ölümcül tələ qurmaq üçün alma sirkəsi və qab şampunundan  istifadə et.

Tələ qurmaq üçün pivə və bir şüşə qabdan istifadə et.

Bir kola  şüşəsini ucuz bir tələyə çevir.

 Tələ qurmaq

Mətbəxinizdə meyvə milçəkləri uçuşmağa başlayıbsa, deməli yumurtalarını qoyublar. Onları tutmaq üçün çürük meyvələrdən istifadə edin. Bir kasaya çürük meyvə qoyub  üzərini streç sellofanla  örtün. Diş çöpünün köməyi ilə streç filmin üzərində kiçik dəliklər açın və milçəklərin çox olduğu yerə qoyun. Qoxuya gələn həşəratlar qabın içinə girəcək, lakin çıxa bilməyəcəklər.  

 Şərabdan istifadə etmək

Şərabdan huşunu itirənlər təkcə  insanlar deyil. Meyvə milçəkləri də  bu qoxuya yığışarlar. Şərab şüşəsinin içində bir az şərab saxlayın. Şüənin ağzını açıq qoyun. İçəri doluşan milçəklər çölə çıxmaqda çətinlik çəkəcəklər. 

Alma sirkəsi

Alma sirkəsini bir stəkana tök, üzərinə plastik, ya da kağız bir qıf qoy. Qıfın ağzı nə qədər geniş olsa bir o qədər yaxşıdır.   İçəri asanlıqla girən milçəklər qıfın arxa hissəsi dar olduğundan çölə çıxa bilməyəcək. Əgər həşəratları öldürmək istəsəniz sirkəyə bir az da qab şampunu əlavə edin.  


Qab şampunu tələsi

Meyvə milçəkləri  şirin qarışığa yuyucu toz əlavə etdikdə onu hiss etməzlər. Bir qaba şəkər tozu, sirkə və yuyucu şampun əlavə edib qarışdırın.  Milçəklər bu qarışığın qoxusuna tez aldanırlar. Dadına baxar-baxmaz da ölürlər.   

Pivə tələsi 

Meyvə milçəkləri pivədən də xoşlanır. Şüşə bir qaba növündən asılı olmayaraq pivə tökün. Metal qapaqda çəkicin və mismarın köməkliyi ilə kiçik dəliklər açın. Şüşə bankanın ağzını örtün. Daha çox milçək tutmaq üçün pivəni iki-üç gündən bir dəyişin.  

Kola və ya hər hansı bir qazlı içki qabını sına

Milçəklər ən çox kolanı xoşlayırlar. Qabın dibində bir az kola saxla. Plastik qapaqda kiçik dəliklər aç. Qapağı bağla və milçəklərin yığışmasını seyr et!

Mayadan  istifadə et

 Bu bir az qəribə gələ bilər, amma bir maya qarışığı da meyvə milçəklərini  tutmaq və öldürməkdə faydalı ola bilər. Bir stəkana yarısına qədər ilıq su, 1 çay  qaşığı şəkər tozu tök və bir az quru maya əlavə et. Qarışdır, qabaracaqdır və sonra bütün stəkanı streçlə ört. Stəkanın təpəsinə həşəratların  içəri girə bilməsi üçün dəliklər aç, amma onların  qaçmamaları üçün də dəliklərin kifayət qədər kiçik olduğundan əmin ol.

Milçəktutan yapışqanlardan istifadə et

Ultra yapışqan bantlar uçan  həşəratları  özünə çəkər və ayaqları banta dəydiyi an onları sürətlə tutar. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com