Gözləri gücləndirən möcüzəvi qarışıq - Hər kəs istifadə etsin


Görməni gücləndirən, gözləri qoruyan,  qaraciyəri təmizləyən və xərçəngə qarşı mübarizə aparan möcüzəvi qarışığı hamı hazırlamalıdır. 

gozleri-guclendiren-mocuzevi-qarisiq
18.04.2022 21:11 1 dəq oxuma

Kök yeməyin gözlərə faydalı olduğunu hamımız bilirik. Lakin kök və balın birlikdə istifadəsi gözlər üçün sanki möcüzələr yaradır. Bu sadə resept görmə problemlərində həqiqətən çox təsirlidir.

TurpKimi.com uşaqdan tutmuş böyüyə qədər görməni gücləndirən qarışığın hazırlanma qaydasını təqdim edir;

Şəfa küpü kök+bal

Yarım kilo kök, yarım kilo limon və baldan istifadə edərək asanlıqla hazırlaya bilərsiniz.

Hazırlanma qaydası:

Kökləri soyun və dilimləyin. Vam odda bişirin. Kökləri əzin və şüşə bir qaba qoyun. Üzərinə yaxşıca yuyulmuş limonları əlavə edin. Limonların qabıqlarını da əlavə edə bilərsiniz. Sonda qarışığın üzərini örtəcək şəkildə bal əlavə edin. Qabın ağzını bağlayın və soyuducuda saxlayın. Qarışıq 10 gün sonra istifadə edilə bilər.

İstifadə:
Gündə üç dəfə yeməkdən əvvəl bir çay qaşığı yeyin. Təsirini dərhal hiss edəcəksiniz.

Uşaqların çoxu kökü xoşlamırlar. Bu qarışıq kökün faydasından yararlanmağa kömək edəcək.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

10-08-2019