REKLAM

Qoltuqaltı tərləməsinə qarşı ən təbii antipespirant - Özünüz hazırlayın


Qoltuqaltı tərləmədən və yaydığı pis qoxudan çoxları əziyyət çəkir. Tər iyinin qarşısını almaq üçün müxtəlif cür ətir və antipespirantlardan istifadə edirik.

news
REKLAM

Həmin vasitələrin tərkibində zərərli və ölümcül xəstəliklərə düçar edən müxtəlif tərkibdə kimyəvi maddələrin olduğunu isə hamımız bilirik. 

TurpKimi.com antipespirantlardan imtina edib, evdə tər əleyhinə, sağlamlıq üçün faydalı təbii vasitənin hazırlanma qaydasını təqdim edir.  

Soda  və limonla dezodorant hazırlama qaydası 

Karbonat (Soda) və limondan hazırlanan bu məcun yalnız qolaltı qoxusundan xilas etmir. Həm də qoltuqaltında  yığılan ölü hüceyrələrin təmizlənməsinə kömək edir. Bir neçə həftə istifadə etdikdən sonra qoltuqaltında yaranan qara ləkələri də aparır,  dərini əvvəlki rənginə qaytarır.  


- 2 yemək qaşığı soda (10 qr)

- ½ limon suyu

Hazırlanma qaydası:

Əvvəlcə yarım limon suyu ilə sodanı nəmləndirin, sonra yüngülcə istənilən bölgəyə  sürtün. 15-30 dəqiqə ərzində  təsir etməsi üçün gözləyin və sonra ilıq su ilə durulayın. Dəridə ləkə yaranmasın deyə, məcunu sürtdükdən sonra həmin nahiyəni  günəşdən qoruyun. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

 

REKLAM