REKLAM

Yumurta pərdəsinin bu faydalarını çoxları bilmir


Yumurtanın faydaları bir çox araşdırmalarla elmi cəhətdən sübut edilib.  

news
REKLAM

Mətbəxdə kiçik yanıq və kəsiklərlə nəticələnən məişət qəzaları tez-tez olur. 

TurpKimi.com xəbər verir ki,  bu cür sadə yanıq və kəsiklər üçün yumurta pərdəsinin inanılmaz faydası var. Evdə baş verən kiçik qəzalarda yara bandı əvəzinə yumurta pərdəsindən istifadə etmək olar.  

Yumurta pərdəsini necə əldə etmək olar?

Yumurtanı soyutma kimi qaynadırıq. Qabığını soyarkən  qabıq ilə yumurtanın ağı arasında incə  bir pərdə gözə dəyir. Bu pərdə sadə kəsik və yanıqlar üçün təbii yarabandı funksiyası yerinə yetirir.

Yanan və ya kəsilən hissəni yaxşıca təmizlədikdən sonra bu pərdəni yaranın üzərinə bağlayın. Beləcə  yara toz və çirkdən mühafizə olunacaq və  eyni zamanda da hava ala biləcək və sürətlə sağalacaq. 

Bundan əlavə yumurta qabığının pərdəsi  oynaqlarda kirəclənmə, duzlaşma, əl, omba, onurğada ağrılara da faydalıdır.  Elmi dildə osteoartrit adlandırılan xəstəliyin müalicəsində istifadə edilə bilər. Alimlər oynaq ağrılarının 40 faiz azalmasını elmi təcürbələrlə sübut ediblər. Bunun üçün sadəcə olaraq yumurtanı soyarkən pərdəsi ilə birlikdə yeməyiniz kifayətdir. Yumurta pərdəsi oynaqlardakı iltihablanma prosesini ləngidir.  

Vüsalə Əlövsətqızı, Turpkimi.com

REKLAM