REKLAM

Öskürək və boğaz ağrısına təbii çarə - İynə və dərmana son


Havaların gah soyuq,  gah da isti, fəslə uyğun normal temperaturda keçməməsi ilə əlaqədar olaraq  boğaz ağrısı və öskürək şikayət edilən ən çox xəstəliklər arasındadır.

news
REKLAM

Öskürəyə təbii vasitələrdən istifadə etməklə çarə tapmaq mümkündür. Məlumdur ki, dərmanların tərkibində olan kimyəvi maddələrin xeyrindən çox zərəri vardır.

TurpKimi.com  xəbər verir ki, keçməyən  öskürəyi təbii içkilərin köməyi ilə də yüngülləşdirmək mümkündür. Öskürəkdən xilas olmaq üçün siz də təbiətin şəfalı əllərindən faydalanmağı unutmayın. Mikrob və infeksiyaların təsirini azaldan bitki çaylarını içərkən şəkərdən istifadə etməmək müalicəvi təsirini artırır. Bundan başqa, isti içkiləri təzə və təmiz sudan hazırlamalısınız, bu hazırladığınız  içkilərin ləzzətini və keyfiyyətini artırır.

 Beləliklə, öskürəyə müsbət təsir edən təbii içkiləri təqdim edirik :

1. Zəncəfil çayı

Soyuqdəymə və qrip kimi xəstəliklər zamanı yaranan öskürək üçün zəncəfil çayı şəfa qaynağıdır. Bir parça zəncəfili isti suya atıb 10 dəqiqə dəmlənməsini gözləyin və çayınızı gündə 2-3 stəkan için. Zəncəfil çayının içinə darçın da əlavə edərək çayınızı daha ləzzətli edə bilərsiniz.

 2. Adaçayı

Boğazı yumşaldan və boğaz ağrısını yüngülləşdirən adaçayını dəmləyib soyudaraq  qarqara şəklində istifadə edə bilərsiniz.

3. Nanə çayı

Öskürəyin müalicəsində tez-tez istifadə edilən nanə çayını bir dilim limon əlavə edərək və bir çay qaşığı bal ilə ləzzətləndirib içə bilərsiniz. Nanə çayı soyuqdəymə əlamətlərini əhəmiyyətli dərəcədə azaldır.

4. Cökə çayı

 Cökə iltihabəleyhinə, ağrıkəsici, bəlğəmgətirən  xüsusiyyəti ilə qış aylarında ən çox üstünlük verəcəyəniz  təbii bitkilərə daxildir. Gündə ən az 2 stəkan cökə çayı içib öskürəyi azaltmaq mümkündür.

5. Heyva çayı

Heyva çayı boğazı yumuşaldır və öskürəyi azaldır. Heyva toxumlarını qaynar suda 10 dəqiqə dəmlədikdən sonra soyudaraq içə bilərsiniz. Yeməkdən bir saat əvvəl və ya bir saat sonra bu çayı içməklə öskürək şikayətlərini azaltmaq mümkündür.

6. Yaşıl çay

 Antioksidant baxımından zəngin olan yaşıl çaya bir az hil əlavə edərək qəbul etmək öskürəyi əhəmiyyətli dərəcədə azaldır. Boğaz infeksiyasına təsir edən  bu içki iki gündə 2-3 stəkana qədər qəbul edilərsə, öskürəyi azalda bilər.

7. Exinezya çayı

Exinezya çayı soyuqdəymə, infeksion xəstəliklərə və öskürəyə müsbət təsir edir. Exinezya çayını dəmləyib, soyuduqdan sonra az miqdarda bal əlavə edib içmək olar. Bu çay həm immuniteti möhkəmləndirir, həm də  boğazınızı yumşaldır.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

REKLAM