Çoxları bu tərəvəzin heç dadına da baxmayıb   - Bağırsaq qurdlarını düşürür, arıqladır, detoks...


Çoxları bu tərəvəzin faydalarından bixəbərdir. Hətta dadına baxmağa cürət etməyənlər də var.  

coxlari-bu-terevezin-hec-dadina-da-baxmayib
01.05.2023 20:40 2 dəq oxuma

TurpKimi.com xəbər verir ki,  kabak arıqlamağı asanlaşdırdığına görə formada qalmaq istəyənlər üçün ən sərfəli qidalardan biridir. 

Kabakın  kalorisi aşağı və bol liflidir. Kalium, fosfor, kalsium, maqnezium, natrium, dəmir kimi elementlərlə zəngindir.  Kabak orqanizmi təmizləyir, sinirləri sakitləşdirir. Qida dəyərinin itməməsi üçün kabakı buxarda bişirmək təklif edilir. Kabak çiy şəkildə rəndələnib salatlara da əlavə edilə bilər.
 
Kabakla orqanizmi necə təmizləmək olar?

Çox aşağı kalorili və yüngül kabak detoksu üçün 2 ədəd orta ölçüdə kabakı rəndələyin. Yağsız tavada yüngülcə qovurun. Soyudandan sonra 2 yemək qaşığı qatıq ilə qarışdırın. İçərisinə 2 ədəd qoz, istəyə görə şüyüd, nanə, qırmızı istiot, qara istiot, kəklikotu əlavə edin.

Kabak detoksunu günorta və axşam yeməyi kimi qəbul edə bilərsiz.  Bu detoks ilə səhər yeməyində 2 yumurta və 1 dilim pendir ilə protein; Ara paylarda cəmi 2 ədəd meyvə yeməklə lifli qida qəbulu bitmiş olmalıdır. 

Kabak detoksu 3 gün tətbiq olunmalıdır; Hamilə, əmizdirən analar,  ya da xroniki xəstəliyi olanlar mütəxəssislərlə məsləhətləşməlidir.

 Kabak detoksunu daha fit görkəm qazanmaq və təmizlənmiş vücuda sahib olmaq istəyənlər düzgün şəkildə 3 gün tətbiq edərlərsə,  2-3 kilo arıqlayacaqlar.

Kabakın  faydaları:

- Sidik qovucudur və sidiyə getməyi asanlaşdırır. 
- Böyrək və sidik kisəsinin iltihabını təmizləyir.
- Prostatdan yaranan şikayətləri aradan qaldırır.
- Mədə və bağırsaqlara yumşaqlıq verir, qəbizliyin qarşısını alır.
- Babasili olanlar üçün faydalıdır.
- Bağırsaq qurdlarının düşməsinə yardımçı olur.
- Məlhəm şəklində xaricdən tətbiq edilərsə, boğaz ağrılarını kəsir.

Vüsalə Əlövsətqızı, TurpKimi.com